مارال ( قصه ها ، شعرها و یادداشت های علیرضا ذیحق)

مارال ( قصه ها ، شعرها و یادداشت های علیرضا ذیحق)

نقل مطالب ترکی و فارسی این وبلاگ در مطبوعات، کتب و شبکه های اجتماعی با ذکر نام نویسنده بلامانع است. alirezazihagh@gmail.com

şeir - əlirza zihəq - Səndən heç keçəmmirəm

Əlirza Zihəq

 Səndən heç keçəmmirəm

,Gecə nəğməm aydır

,ulduzdur

gündüzün mahnısı

.günəş, nur

Sən mənim hər zadımsan,

.həyatımı parladırsan

Topraq kimi al bağrına

və içir mənə,

buludların şırıl-şırıl

axan can suyunu.

Gül açdır, güldür,

.Gül – çiçək et həyatımı

Adın dodaqlarımda,

Gülüşün can evimdə,

Varim, varlığım sənsən.

Aşıb daşım səninlə

Sən də ki yağış tək

çiləyirsən

.canımı mənim

Bilmirəm haçan,

Amma yəqin

dirçəlib boy atmaqla

güllər açıb güləcəyəm,

sabahlari yaşıllıqda

.eşqi mey tək içəcəyəm

Gülləri sənsiz unudaram,

günləri amma yox.

Mövsümlərdən keçirəm,

soyuqlardan ötürəm

.səndən heç keçəmmirəm

Sənsiz illər, aylar

buz olub şaxtaya dönsə də,

sənli günlər

canıma can qatır.

O günləri xatirladıqca

sevginin gülləri

.könlümə nur saçır

Əlirza Zihəq

26.06.2022 Xatirə FərəcliƏdəbiyyat

نظرات 0 + ارسال نظر
برای نمایش آواتار خود در این وبلاگ در سایت Gravatar.com ثبت نام کنید. (راهنما)
ایمیل شما بعد از ثبت نمایش داده نخواهد شد